Azərbaycanda mediasiyanın vəziyyəti necədir?

Polise.az media xəbər saytının bugünkü qonağı polis veteranı, Bakı 16 saylı Mediasiya Təşkilatının direktoru Oğul Kərimovdur.

Salam Oğul müəllim. İlk sualım belədir:

-Mediasiya nədir?

-Mediasiya dedikdə, tərəfləri kimin yanlış, kimin doğru olduğundan uzaqlaşdırıb bir-birilərini anlamaqda yönələn bir prosesdir. Bu prosesi aparan şəxs müstəqil və qərəzsiz olmalıdır. Mediasiya mübahisələrin alternativ həlli yollarından biridir. Burda mübahisələrin həll edilməsinə dair qərarları tərəflər özləri verir. Dünyanın əksər ölkələrində mediasiya institutu uğurla fəaliyyət göstərir və surətlə inkişaf edir. Azərbaycan Respublikasında 29 mart 2019-cu ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə Mediasiya haqqında qanun qəbul edilmişdir. Həmin qanunda mediasiyanın anlayışı verilmişdir,yəni mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı Qanunla müəyyən edilən prosesdir. Bu prosesi aparan şəxs mediator adlanır. Mediator peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, Qanun tələblərinə cavab verən fiziki şəxsdir.

2-ci sualım, kimlər mediator ola bilər?

-Qanuna əsasən mediator ali təhsilli, 25 yaşı tamam olmuş, ən azı 3 illlik iş stajına, mediatorların ilkin hazırlıq üzrə təlim kursunu bitirmiş və qanunda nəzərdə tutulmuş sertifakatı olmuş fiziki şəxs ola bilər.

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, və ya məhdud qabiliyyətli hesab edilmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanunu qüvvəyə minmiş və məhkumluq ödənilməmiş, görülməmiş şəxslər mediator ola bilməzlər.

Növbəti sual, Azərbaycan Respublikasının Mediasiya haqqında qanununda mediasiyanın tətbiqi dairəsi barədə məlumat verərdiniz.

-Mediasiya mülki işlər və iqtisadi mübahisələr (xarici elementi mübahisələr də daxil olmaqla) ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən əmələ gələn mübahisələr və inzibati hüquq münasibətlərində irəli gələn mübahisələr üzrə keçirilir. İqtisadi , ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr Qanuna əsasən məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında keçməlidir.

4-cü sualım, mediasiyadan daha çox faydalanan ölkələr hansılardır?

-Dünyanın inkişaf etmiş ölkələrində mediasiya institutu surətlə inkişaf edir, daha çox sahələri yəni, təkcə ailə, əmək, iqtisadi mübahisələr deyil, hüquq münasibətlərinin digər sahələrini də əhatə edir. ABŞ,Kanada, Böyük Britaniya, Yaponiya,Türkiyə, Rusiya və Çin kimi ölkələrin vətəndaşları mediasiyadan daha çox istifadə edirlər. Bir faktı deyim Çində iqtisadi mübahisələrin 50-60 %-i mediasiya yolu ilə həll edilir.

Sonuncu sualım isə, Mediasiya haqqında Azərbaycan Respublikası qanununun qüvvəyə minməsindən sonra ölkədə vəziyyət necədir? Vətəndaşlar qanunun tələbləri ilə ayaqlaşa bilirlərmi?

– Azərbaycan Respublikasının Mediasiya haqqında qanun qəbul edildikdən sonra, Qanunun tətbiqindən iki ilə yaxın vaxt keçmişdir. Bu müddət ərzində Mediasiya Şurasının İdarə Heyəti və Şuranın sədri cənab Nadir Adilovun misilsiz xidməti və yorulmaz fəaliyyəti nəticəsində artıq ölkəmizdə Mediasiyanın Azərbaycan modeli formalaşmağa başlamışdır. Mediasiya proseslərinin 30-40%-i barışıq sazişləri bağlamaqla başa çatır. Mən hesab edirəm ki, 2-3 ildən sonra dünyanın əksər ölkələri mediasiyanın Azərbaycan modelində istifadə edəcəklər.

P.S. Polise.az xəbər saytı Qurumun fəaliyyət istiqamətlərinin yerinə yetirilməsində uğurlar arzulayır!

Söhbətləşdi: Polise.az xəbər saytının əməkdaşı Leyli Muradova

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button