Azərbaycanın terrorla mübarizədə fəal rolu yüksək qiymətləndirilib


Azərbaycan Respublikası beynəlxalq arenada mühüm strateji əhəmiyyətə malikdir və terrorla mübarizədə fəal rol oynayır.

Polise.az  xəbər verir ki, bu sözləri mərkəzi-qərargahı Ər-Riyadda yerləşən İslam Hərbi Terrorla Mübarizə Koalisiyasının baş katibi, general-mayor Muhammed bin Said Əl-Moqedi Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevlə görüşündə söyləyib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran mövzular müzakirə olunub. Ş.Abdullayevə, həmçinin koalisiyanın terrorizmlə mübarizədə intellektual, media və hərbi səviyyədə gördüyü işlər, o cümlədən terror təşkilatlarının maliyyələşdirilməsinə qarşı həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Bununla yanaşı, Əl-Moqedi İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin terrorla mübarizə sahəsində səylərinin əlaqələndirilməsində koalisiyanın rolu, dünyada baş verən hadisələrlə bağlı son inkişaflar və yeniliklər, rəhbərlik etdiyi bu vacib təşkilatın monitorinq və müşahidə mexanizmlərindən bəhs edib. O bildirib ki, terrorla mübarizədə fəal rol oynayan Azərbaycanı da bu koalisiyanın üzvü kimi görmək istəyir.

Azərbaycanın səfiri, öz növbəsində, bu koalisiyanın beynəlxalq təşkilatlar və alyanslarla tərəfdaşlıq şəraitində terror və zorakı ekstremizmlə mübarizə istiqamətində səylərini yüksək qiymətləndirib. O, Səudiyyə Ərəbistanının koalisiyanın dəstəklənməsində mühüm rolunu da vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button