“Azərkosmos” daha bir sığortaçı seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Kosmik Agentlik (“Azərkosmos”) “Azersky” peykinin sığortalanması üçün açıq tender elan edib.

“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 9-u, saat 13:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 19-u, saat 13:00-a qədər agentliyin Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 20-də, saat 13:00-da qeyd olunan ünvanda baxılacaq.

Hamısını Göstər

Related Articles

Back to top button