Bəyanatda “Mehri dəhlizi” yoxdur, amma… – Paşinyan

Qarabağ bəyanatında “Mehri dəhlizi” anlayışı yoxdur, amma infrastrukturun açılması var.

Bunu xalqa müraciəti zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Əgər biz gələcək haqqında danışırıqsa, o zaman iqtisadiyyatda yeni faktorlar barədə düşünməliyik. Ermənistan-İran və Ermənistan-Rusiya dəmiryol kommunikasiyalarının bərpası bizim iqtisadiyyatımızda çox şeyi dəyişəcəkmi? Məncə, hə. Əgər məsələyə bu kontekstdə baxsaq, görüntü tam fərqlidir, amma bu gün daha prioritet məsələlər var”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistan-Rusiya dəmiryol xəttinin bərpası yalnız Mehri (Zəngəzur) dəhlizi açıldığı halda mümkündür.

10 noyabrda imzalanan üçtərəfli Bəyanata görə, regionda bütün iqtisadi və nəqliyyat əlaqələri açılır, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat əlaqəsinə Rusiya Sərhəd Xidməti nəzarət edir. Bəyanatda həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yeni kommunikasiyaların tikilməsi də nəzərdə tutulur.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button