Bakı bu torpaqları da qaytara bilər: Hüquqi əsas var

Zəngəzur dağ silsiləsindən onun qolları olaraq, Bərgüşad və Mehri silsilələri uzanır. Onların arasında isə Xustup-Qatar silsiləsi yer alıb.

Bunu Milli.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Zəngəzuru coğrafi əsaslandırarkən deyib.

O bildirib ki, 10 noyabr bəyanatının 9-cu bəndi və 11 yanvar tarixində imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır:

“Geoloji baxımından Zəngəzur vahid bir dağ sistemidir və onun ümumi sahəsi təxminən 7 min kv. km. təşkil edir. Bu nöqtəyi nəzərdən Zəngəzurun qərb hissəsi Naxçıvan MR-nın payına, şərq hissəsi isə Qubadlı və Zəngilan inzibati rayonların payına düşür. Yəni Zəngəzurun qərb və şərq hissələri Azərbaycan Respublikasının payına düşür. Daha böyük mərkəzi hissəsi isə Ermənistan Respublikasının tərkibindədir.

Zəngəzur ərazi-inzibati vahidi qismində təxminən 56 il mövcud idi. 1873-cü ildə Yelizavetpol (Gəncə) quberniyasında təsis olunmuş Qəza mərkəzi Gorus məntəqəsi idi. Fəaliyyətinə 1929-cu ildə son qoyuldu. Qəzanın əsas əhalisini azərbaycanlılar təşkil edirdi. 1918-1920-ci illərdə ADR tərkibində bir ərazi-inzibati vahid idi. Millətlər İttifaqının konfransında Zəngəzur Azərbaycanın tərkibindəki inzibati-ərazi bölgüsünün tərkib hissəsi kimi təsdiqləndi. 1920-ci ilin axırında Ermənistan Respublikasının ərazisində sovet hakimiyyəti qurulan kimi xüsusilə Sovet Rusiyasının Xalq xarici işlər komissarı Çiçerinin, eləcə də Lenin, Stalin və Orconikidzenin təzyiqi ilə Zəngəzur iki yerə parçalandı – Laçın, Qubadlı, Zəngilan Azərbaycan SSR-in tərkibində qaldı, bolşeviklərin tabeliyinə keçmiş yeni sovet respublikasının “təhlükəsizlinin təminatçısı” olan XI ordunun qəsdən etinasızlığı ilə ermənilər tərəfindən işğal olunmuş digər dörd rayon isə, yaylaqlar istisna olunmaqla Ermənistana verildi. Sonralar həmin yaylaqlar da əlaltından ermənilər tərəfindən özününküləşdirildi”.

İ.Vəlizadə qeyd edib ki, 44 günlük müharibəsinin nəticələri regional siyasi mühitin yenidən müəyyənləşməsinə səbəb oldu:

“Ən vaciblərindən biri Zəngəzur nəqliyyat dəhlizinin yaranmasıdır. Prezident cənab İlham Əliyev 2021-ci il 31 mart tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı bildirdi ki, “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq.

Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. Bu da Zəngəzur dəhlizinin beynəlxalq səviyyədə siyasi-hüquqi cəhətdən legitimliliyi üçün əsaslar yaradır”.

Hamısını Göstər

Related Articles

Back to top button
Close