Bakı polisindən qanunsuz küçə yürüşü ilə bağlı AÇIQLAMA

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt ərazisində keçirilən aksiya ilə bağlı açıqlama yayıb.

BŞBPİ-nin Mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

“Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd etmişdir.

Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınmış, iştirakçılar ərazidən uzaqlaşdırılmışlar.

Saxlanılan və ya həbs edilən olmamışdır”.

Mənbə
sfera.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close