Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edildi
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.
Daxili işlər nazirliyindən əldə edilən məlumata görə, bununla bağlı müvafiq əmri nazir, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
V.Eyvazovun digər əmri ilə o, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.
Bu idarənin rəisi, polis general-mayoru Emin Şəkinski 21 oktyabr 2020-ci il tarixində vəfat edib.
Bakı Şəhər Baş Polis İdarəsinə hələlik rəis təyinatı olmayıb.