Bakı sakini Qubada narkotiklə yaxalandı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a bildirildiyinə görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri sakini  Orxan Əliyev saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli  metamfetamin və güclü təsiredici maddə preqabalin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button
Close