Bakı və Abşeronda gözlənilən hava açıqlanıb

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə bağlı açıqlama yayıb.

Xidmətdən  verilən xəbərə görə, həftənin sonunadək Bakıda və Abşeron yarımadasında hava şəraitini az qradiyentli, nisbətən alçaq təzyiq sahəsi təyin edəcək. Bununla yanaşı, zəif cənub-şərq küləklərinin üstünlüyü havanın durğun və bürkülü keçməsinə səbəb olacaq.

Əsasən axşam saatlarında havada rütubətin daha yüksək olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-38 dərəcə isti olduğu halda, sinoptik şəraitlə əlaqədar 40-41 dərəcə isti kimi hiss olunacaq.

Hamısını Göstər

Related Articles

Back to top button