Bakıda binada yanğın olub.

Bakı şəhərinin Yasamal rayonunda dördmərtəbəli mansardalı yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 110 m² olan mənzilin yanar konstruksiyaları yanıb, 4-cü mərtəbədəki mənzildə 4 ədəd plastik pəncərə çərçivəsi, 1 ədəd kondisioner və tavan örtüyü 2 m² sahədə yüksək temperaturdan əriyib.

Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hamısını Göstər

Related Articles

Back to top button