Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi bilindi

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin kimliyi məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən Real TV-yə verilən açıqlamaya görə, Şərur rayon sakini 39 yaşlı Heydərov Nizami Qadir oğlu yanacaq daşıdığı “Mercedes” markalı qoşqulu yük avtomobili ilə Qazax rayonu istiqamətində olarkən, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan Lənkəran rayon sakini 43 yaşlı Fərzullayev Ceyhun Cəsarət oğlunun idarəetdiyi “KamAZ” markalı yük maşını ilə toqquşub.

Toqquşmadan sonra “Mercedes” markalı yük avtomobili idarəetmədən çıxaraq yolun solundaki dəmir çəpərə çırpılıb və güclü partlayış nəticəsində alışıb.

Bu zaman eyni istiqamətdə hərəkətdə olan Füzuli şəhər sakini 59 yaşlı Əliyev Əvsələtdin Tofiq oğlunun idarə etdiyi “Opel” markalı avtomobil, “Mercedes” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü Heydərov Nizami Qadir oğlu hadisə yerində yanaraq ölüb, “Opel” markalı avtomobilin sürücüsü Əliyev Əvsələtdin Tofiq oğlu isə xəsarət alıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button