Balakəndə marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmini məqsədilə keçirilən nəzarət tədbirləri zamanı narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, rayon sakinləri, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Kamran Umarovla Rəsul İsmayılovun idarə etdikləri “VAZ-21011” və “VAZ-2107” markalı avtomobillər  saxlanılıb. Yoxlama zamanı hər iki sürücünün nəqliyyat vasitəsini etibarnaməsiz sürdüyü müəyyən olunub və onlarda sərxoşluq əlamətləri hiss edildiyindən şöbəyə gətiriliblər. Təyin edilən ekspertizanın da nəticəsinə əsasən K.Umarov və R.İsmayılovun marixuana çəkdikləri sübuta yetirilib.

Keçirilən növbəti tədbir zamanı isə narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən Qullar kənd sakini Bağır Məmmədov saxlanılıb.  Araşdırma zamanı onun marixuana qəbul edib, “VAZ-21014” markalı avtomobillə taksi xidməti göstərdiyi məlum olub.

Hər üç sürücü barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə onların barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button
Close