Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşqul olan 7 nəfər saxlanıldı.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi
qulluqçularının birgə keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz
dövriyyəsi, kultivasiyası ilə məşğul olan və üzərində “Kalaşnikov” avtomatı
gəzdirən ümumilikdə 7 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata
görə,polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının rayon
ərazisində yerləşən yüksək dağlıq ərazilərdə birgə keçirdikləri “Darama”
əməliyyatları zamanı 3 narkotik plantasiyası aşkar edilib. Həmin plantasiyaları
salan şəxslərdən yaş halda çəkisi 900 kiloqram olan 1098 ədəd narkotik tərkibli
çətənə kolu,13 kiloqrama yaxın qurudulmuş marixuana, 2 ədəd ov tüfəngi və
həmin silaha aid patronlar aşkar olunub.
Daxil olmuş məlumat əsasında keçirilən növbəti tədbir nəticəsində isə
Tacəddin Kaltayev və Elnur Əliyev tutulub,şəxsi axtarış zamanı onlardan
marixuana aşkarlanıb.Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitəni
əvvəllər məhkum olunmuş İsrafil Əliyevdən aldıqları müəyyən edilib. Davam
etdirilən tədbirlərlə İsrafil Əliyev də tutularaq istintaqa təhvil verilib və ondan satış
məqsədilə üzərində daşıdığı 200 qrama yaxın marixauna götürülüb.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat nəticəsində isə üzərində
qanunsuz odlu-silah sursat gəzdirən rayon sakini Elxan Qarayev saxlanılıb. Həmin
şəxsdən istifadəyə yararlı “Kalaşnikov” avtomatı , sandıqça və 30 ədəd patron
aşkarlanaraq götürülüb.
Aşkar edilən bütün faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar
davam etdirlir. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi,eləcə də
rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin
tutulması istiqamətində tədbirlər davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button