Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olan və ətraf mühiti çirkləndirən şəxslər müəyyən olunub-Foto

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ətraf
mühiti çirkləndirən və qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərin müəyyən
olunması, onların maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər
keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polise.az-a
verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində səkilərdə piyadaların
hərəkətini çətinləşdirən, natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul
olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici
söhbətlər apararaq yalnız müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul
olmalarının vacibliyini onların diqqətinə çatdırıblar.
Həmçinin, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitar-
gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə aparılan yoxlamalar
zamanı isə məişət tullantılarını urnalardan kənara ataraq ərazidə antisanitar
vəziyyət yaradan şəxslər müəyyən olunub. Onlarla profilaktik söhbət aparılıb və
barələrində inzibati tənbeh tədbiri görülüb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button