Baş Prokurorluq Polşada öldürülən Müşfiqlə bağlı məlumat yaydı

“Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Polşada müvəqqəti yaşayan Azərbaycan vətəndaşı Müşfiq İsmayılovun ermənilər tərəfindən öldürülərək meyitinin meşədə asılması barədə informasiyalar yayılıb”.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, baş vermiş hadisənin təfərrüatlarının müəyyən edilməsi ilə bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən Polşanın Baş Prokurorluğuna rəsmi məktub göndərilməklə araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması və nəticəsi barədə Azərbaycan Baş Prokurorluğuna məlumat verilməsi xahiş olunub.

Araşdırmanın yekunu barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

Hamısını Göstər

Related Articles

Back to top button