Bayden Ərdoğan və Putinlə Qarabağdan nə danışacaq?

ABŞ Prezidenti Co Bayden Avropa turnesi sırasında türkiyəli və rusiyalı həmkarlarıyla ayrı-ayrılıqda görüşəcək. Bu görüşlərə diqqət böyük olsa da, bir görüşlə ABŞ-Türkiyə və ABŞ-Rusiya münasibətlərindəki dərin problemlərin həll olunacağını gözləmək əbəsdir. Bu cür görüşlər nəticə üçün əvvəlcədən ciddi niyyət olanda problemlərin həllini yaxınlaşdırır. Hazırda isə Amerikanın müxtəlif məsələlərdə nə Rusiyaya, nə də Türkiyəyə güzəşt etmək fikri var.

Bu sözləri politoloq Elxan Şahinoğlu Bayden-Ərdoğan (14 iyun) və Bayden-Putin (16 iyun) görüşü haqda qeyd edib.

Onun sözlərinə görə, prezidentlərin görüşlərində Suriyadan və raketlərdən tutmuş Ukraynaya qədər, müxtəlif mövzular müzakirə olunacaq:

“Qarabağ və sərhəd mövzusu barədə isə sadəcə bir neçə kəlməlik fikir mübadiləsi mümkündür. Türkiyə və Rusiya prezidentləri amerikalı həmkarıyla ümumiyyətlə Cənubi Qafqazı müzakirə etməyə həvəsli deyillər. Düzünə qalsa, müharibə bitdikdən sonra Amerikanın gur səslə “mən də Qarabağda olmaq istəyirəm” çağırışına bizim də müsbət cavablandırmağa həvəsimiz yoxdur. Doğrudur, Bakıda olan amerikalı diplomatın “minalanmış xəritələr verilməlidir” açıqlamasını müsbət qarşıladıq, ancaq bunun ardınca onun “həmsədrlər fəaliyyətlərinə davam etməlidirlər” fikri bizdə haqlı suallar doğurdu. Buna baxmayaraq, Azərbaycanın ABŞ-la enerji və təhlükəsizlik (NATO çərçivəsində) sahəsində əməkdaşlığı davam etməlidir”.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close