Bayden Ermənistandakı diplomatik missiyaya rəhbərlik edən şəxsin Rusiyadakı səfir vəzifəsinə namizədliyini irəli sürüb.

ABŞ prezidenti Co Bayden Dövlət Departamentinin əməkdaşı, Ermənistandakı diplomatik missiyaya rəhbərlik edən Lin Treysinin Rusiyadakı səfir vəzifəsinə namizədliyini irəli sürüb.

Moskva müxbiri xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edək ki, keçmiş səfir Con Sallivan bu yaxınlarda həyat yoldaşının ağır xəstəliyi və ölümü səbəbindən üç illik missiyasını vaxtından əvvəl başa vurub.

Lin Treysi tarixdə bu vəzifəni tutan ilk qadın olacaq. O, rus dilini bilir və artıq Moskvada işləyib – 2014-2017-ci illərdə diplomatik missiya rəhbərinin müavini vəzifəsində çalışıb.

2012-2014-cü illərdə Treysi Dövlət Katibinin Mərkəzi Asiya üzrə köməkçisinin müavini, 2010-2011-ci illərdə isə Türkmənistanda missiya rəhbərinin müavini vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, ABŞ-da prezidentin təklif etdiyi səfirlər Senat tərəfindən ictimai dinləmələrlə təsdiqlənir və qəbul edən ölkə ilə razılaşdırılmalıdır.

Hamısını Göstər

Related Articles

Back to top button