“Bayraktar”ın yaradıcılarından bayram hədiyyəsi: Pilotsuz hərbi təyyarə təqdim olunub

“Bayraktar” PUA-larının yaradıcıları kimi tanınan Türkiyənin “Baykar” müdafiə sənayesi müəssisəsi kollektivi bir neçə gün öncə anonsunu verdiyi bayram hədiyyəsini açıqlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, “MİUS” adlı layihə çərçivəsində ilk pilotsuz hərbi təyyarə təqdim olunub.

Müvafiq foto və video materiallar layihənin ideya müəlliflərindən olan Səlcuq Bayraktar və “Baykar” müəssisəsinin sosial şəbəkə səhifələrində paylaşılıb.

Bildirilib ki, təyyarənin ilk uçuşunun 2023-cu ildə Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə həyata keçirilməsi planlaşdırılır.

Hamısını Göstər

Related Articles

Back to top button
Close