“Bazarlıq olmayacaq”…

Türkiyədə keçirilən prezident seçkisinin ilk turunda 5 faiz səs toplayaraq ikinci tur üçün önəmli mövqeyə gələn ATA İttifaqının namizədi Sinan Oğanın son açıqlaması etiraz yaradıb.

Polise.az  xəbər verir ki, Cümhur İttifaqının təmsilçisi Oğana sərt təpki göstərib.

MHP sədrinin müavini Eyyüp Yıldız artıq bazarlıq üçün yerin qalmadığını açıqlayıb.

“Bazarlıq üçün bir payın qalmadı, başqa qapıya. Məzar soyğunçuları”, – partiya rəsmisi bildirib.

Sinan Oğanın bundan əvvəlki açıqlaması belə olmuşdu:

“Xaricdən gələn səslərin sayılması prosesində bəzi manipulyasiyalar edildiyini eşidirik. Səslərin hesablanması şəffaf mühitdə aparılmır. Ali Seçki Komissiyasına xəbərdarlıq edirəm: dərhal lazımi tədbirlər görülsün və səslərin sayılması proseslərinin sürətlə aparılması təmin edilsin. Bundan əlavə, xaricdən gələn səslərin manipulyasiyası ilə işin bitməsinə icazə verməyəcəyik. Atmosferi gərginləşdirməyin. Bu iş ikinci tura qalıb”.

Mayın 28-də keçiriləcək ikinci turda Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu mübarizə aparacaq. Sinan Oğan həmin mərhələdə iki namizəddən birini dəstəkləyə biləcəyini açıqlayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button