Beynəlxalq Humanitar Hüquq jurnalistikanın baxış bucağında

Jurnalistika elə bir sahədir ki, onun cəmiyyətdə baş verən bütün proseslərlə bağlılığı var. Az və ya çox dərəcədə ha­mısı ilə. Çünki o, yaranışından ictimai xarakterlidir – bütün cəmiyyəti maraq­landıra biləcək məsələlərə, hadisələrə xitab edir. Başqa sözlə, jurnalistikanın vəzifəsi ictimai əhəmiyyət kəsb edən olay və ya faktlar haqqında toplumu mə­lumatlandırmaqdır. Yəni bu peşə Bey­nəlxalq Humanitar Hüquqla (BHH) da bağlıdır. Çünki BHH olduqca mühüm ic­timai və hətta qlobal əhəmiyyətə malik bir sahədir. Özəlliklə müharibənin və ya silahlı münaqişələrin getdiyi ölkələrdə beynəlxalq hüququn bu sahəsi xüsusi bir önəm kəsb edir. BHH müharibə kimi ağrılı, böyük itkilərə, faciələrə yol açan bir olayın tənzimlənməsini hədəfə alır. Bu tənzimlənmə hüquqi və insani xa­rakter daşıyır. Daha dəqiq desək, müha­ribəyə qoşulan tərəflərin müəyyən mə­sələlərdə bir-birinə humanist münasibət göstərməsini hüquqi öhdəlik və anlaşma səviyyəsinə yüksəldir. Bu yazı BHH haqqında bilinən və ya bilinməsi vacib sayılan əsas məsələlərdən bəbs etmək məqsədi daşıyır.

Beynəlxalq humanitar hüquq nədir?

Sentyabrın 27-də başlayan və 44 gün çəkən II Qarabağ müharibəsində çox tez-tez “beynəlxalq hüquq” və onun bir hissəsi olan “beynəlxalq humanitar hü­quq” ifadəsini eşidirdik. Müharibənin “qaynar” mərhələsi sona çatsa da, onun­la bağlı proseslər hələ də davam etmək­dədir. Ölkə gündəmi minalanmış ərazi­lərin xəritəsi, sərhədlərin delimitasiya- sı, əsir və təxribatçı məsələləri, sülh haqqında danışıqlar, eləcə də digər əla­qədar xəbərlərlə dolub-daşmaqdadır. Belə məsələlərdə hüquq tənzimləyici rol oynayır, problemlərin həllində əsas meyar olaraq çıxış edir. Ona görə də biz beynəlxalq humanitar hüquqa istinadları hələ də eşitməkdəyik. “Beynəlxalq hu­manitar hüquq” spesifik funksional özəl­liyə malikdir, silahlı münaqişələr zama­nı humanizmi, mərhəmətli və etik mü­nasibəti təmin edən müəyyən hüquqi tənzimlənmələri nəzərdə tutur.

BHH-yə niyə həm də “müharibə qanunu” deyilir?

Böyük ehtimalla, müharibələr insan oğlu ilə birlikdə “doğulub”. Güman ki, kimsə Yer üzü nə qədər müharibəyə şa­hidlik edib deyə maraqlansa, sayıb bitirə bilməz. Bəlkə də kiçikli-böyüklü mil­yonlarla savaşa şahidlik edib dünya. Müharibələrin qaçılmazlığı faktı ilə bəl­kə də hamı razılaşıb, çünki əksinə dü­şünmək üçün “üfüqdə” ümidverici heç nə görünmür, təəssüf ki. Lakin bu, mü­haribələr zamanı insani və şəfqətli münasibətin mümkünsüzlüyü anlamına gəl­məməlidir.

Müharibədə baş verən zorakılıqların məhdudlaşdırılması üçün sistematik cəhdlər yalnız XIX əsrdə inkişaf etmə­yə başlamışdır. Başqa sözlə, BHH-nin yaranması ilə.

Bilindiyi kimi, klassik anlamda mü­haribələrdə məqsəd düşməni diz çök­dürməkdir ki, buna da əsasən əks tərəfin döyüşçülərini məhv etmək, canlı qüvvə­ləri yararsız hala gətirməklə nail olunur. Müharibə qaydalarına əsasən döyüş yal­nız döyüş meydanında aparılmalıdır. Başqa sözlə, müharibədə birbaşa iştirak etməyən insanlara – dinc əhaliyə hücum yolverilməzdir, çünki onlar özlərini mü­dafiə etmək iqtidarında deyillər.

BHH döyüş meydanında belə vəhşət və zorakılıq hallarının azaldılmasını mümkün sayır, yaralı və xəstə əsgərlərə yardım edilməsi üçün şəraitin yaradıl­masını tələb edir. Müasir Beynəlxalq Humanitar Hüququn bəzi təməl yanaş­maları bu prinsiplərdən çıxış edir.

Hər şey maariflənmədən keçir! Bəlkə də Maarifçilik dövründən…

Savaş və insan faciələrinə fərqli mü­nasibət önəmli prosesləri (əsasən) era­mızın XV-XVI əsrlərinə təsadüf edən Maarifçilik dövrünün təsiri ilə başlanmışdır. Avropada başlayan Maarifçilik dövründə insana fərqli, daha humanist münasibət formalaşırdı. Əvvəlki sərt və amansız yanaşmalar yerini tədricən mər­həmətli və anlaşıqlı münasibətə buraxır­dı. Əlbəttə, bu proses birdən-birə baş vermədi, yeni başlayan hər şeydə olduğu kimi, o da kəskin müqavimətlə qarşılaş­dı. Lakin Maarfıçilik dövrünün moder- nizm fəlsəfəsinə münasibəti danılmaz­dır. Bir sıra təməl prinsiplərə yeni baxış sosial-ictimai məsələlərə yanaşmanı da əsaslı surətdə dəyişdirdi. Bu prinsiplər­dən biri də müharibələrə olan münasibət oldu. Başqa sözlə, söhbət dövlətlərin müharibəyə və orada baş verənlərə ənə­nəvi baxışlarının dəyişməsindən gedir.

Yuxarıda deyildiyi kimi, BHH döyüş əməliyyatlarının kənara sıçradılmasını və dinc əhaliyə yönəlik istənilən hücumu yolverilməz sayır., Lakin insanlıq və mü- haribə tarixi əks nümunələrlə doludur. Hərb tarixidöyüş meydanında yaşanan məğlubiyyətin aciğınTcfinc əhalidən çı­xarmaq kimi çirkin əməlləri göstərən faktlarla “doludur”. II Qarabağ müharibə­si də istisna olmadı. Gəncə şəhəri, Bərdə və Tərtər rayonlan ordumuzun müzəffər yürüşü qarşısında tab gətirməyən düşmən tərəfindən elə müharibənin ilk günlerin- dəncə ağır, bəzən isə istifadəsi çoxdan qadağan olunmuş silahlarla atəşə tutuldu. Coğrafi mövqeyinə görə ağır hücumlara daha çox məruz qalan Tərtər isə “Azər­baycanın Stalinqradı” adı aldı.

Beynəlxalq humanitar hüquq necə “doğuldu” və ya Solferinoda birgünlük döyüşün yaratdığı böyük dönüş

BHH-nin indiki halı ilə, yəni bir sis­tem kimi yaradılması təşəbbüsü bir dö­yüşün tarixçəsi ilə bağlıdır, 24 iyun 1859-cu ildə isveçrəli iş adamı Anri Dünan Solferinoya gəlmişdi. Həmin gün indiki İtaliyanın şimalında yerləşən Solferino yaxınlığında çox gərgin bır döyüş gedirdi. Fransa-italiya (Sardiniya Krallığı) müttəfiq qoşunları Avstriya or­dusuna qarşı vuruşurdu. O vaxtlar İtali­yanın bir çox əraziləri Avstriya tərəfin- den işğal olunmuşdu. Bu müharibə də ~ölkənın~7şğaldan azad olunması üçün aparılırdı. Sardiniya Krallığının timsa­lında İtaliya Fransanı müttəfiq olmağa razı sala bilmişdi.

Anri Dünan Solferinoya öz işləri ilə əlaqədar – III Napoleonla şəxsən görüş­mək üçün gəlmişdi (onun müharibə ilə əlaqədar Solferinoda olacağını bilirdi). Amma gəlib dəhşətli bir mənzərənin şa­hidi olmuşdu. Dünya hərb tarixinə ən qanlı vuruşmalardan biri kimi düşən bu birgünlük toqquşmadan sonra döyüş meydanında iyirmi üc min yaralı, can “verməkdə olan və ölmüş hərbçi qal­mışdı. Yaralılara göstərilən qayğı, de­mək olar ki, yox dərəcəsində idi. Bu mənzərədən şoka düşən Dünan mülki əhalini, xüsusən də qadın və qızları köməyə çağıraraq yaralı və xəstə əsgərlərə kömək göstərməyə başladı. Material və təchizat qıtlığı var idi. Dünən özü lazımi materialların alınmasını təşkil etdi, eləcə də səyyar xəstəxanaların tikilməsinə nail oldu. Yaxınlıqdakı Castiglione delle Stiviere şəhərinin qadınları tərəfindən hazırlanan “Tutti fratelli” (“Hamısı qardaşımızdır”) şüarına istinad edərək yaralıların hansı tərəfə mənsubiyyə- tindən asılı olmadan əhalini onlara qul­luq göstərməyə razı sala bildi. A.Dünan fransızlar tərəfindən tutulan Avstriya həkimlərinin sərbəst buraxılmasına da nail oldu.

Beynəlxalq humanitar hüquqa aparan yolun ilk “addımları”

İyulun əvvəlində Cenevrəyə qayıt­dıqdan sonra A.Dünan yaşadıqları ba­rədə “Un Souvenir de Solferino” (“Solferino Yaddaşı”) adlı bir kitab yazmağa qərar verir. 1862-ci ildə Dü- nanın öz hesabına çap etdirdiyi bu ki­tabın tirajı 1600 nüsxə olmuşdur. Ki­tabda müəllif Solferinoda şahidi olduğu döyüşsonrası mənzərəni, həmçinin son­rakı xaotik və acınacaqlı vəziyyəti izah etməyə çalışmışdı. A.Dünan gələcəkdə silahlı münaqişələr zamanı yaralı əsgər­lərə qayğı göstərmək, onları taleyin hökmünə buraxmamaq üçün davamlı fəaliyyət göstərən bitərəf bir təşkila­tın yaradılması ideyasını da irəli sür­müşdü. Bu, yaxın gələcəkdə əsası qoyu­lacaq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının, eləcə də onun bir “qolu” sayılan Qırmızı Xaç Komitəsinin nə­zəri modeli (görünümü) idi. Müəllif öz ideyalarını geniş ictimaiyyətə tanıtmaq və yaymaq üçün Avropanı dolaşaraq ki­tabını bir çox məşhur siyasətçi və hərb­çilərə paylamış, həmçinin, qərarvermə prosesində xüsusi rol oynayan diplomat­larla şəxsən görüşərək ideya və baxışla­rını bölüşmüşdü. Məhz A. Dünanın fəa­liyyəti sayəsində diplomatların işbirliyi ilə 1863-cü il 26 oktyabrda Birinci Ce­nevrə Konfransı adı ilə ilk Beynəlxalq

Qurultay keçirildi. Bu qurultayın qərarı ilə 25 ölkə rəhbərliyinə Cenevrədə ke­çiriləcək konqresə nümayəndələrini göndərmək xahişi ilə müraciət qəbul edildi. Cəmi 16 ölkə bu təşəbbüsə qoşul­du. 1864-cü il avqustun 8-dən 22-ə kimi Cenevrədə keçirilən konqresdə I Cenev­rə Konvensiyasının layihəsi qəbul edil­mişdir. Maraqlıdır ki, 10 (bəzi mənbə­lərdə isə 11) maddədən ibarət olan bu Konvensiyanın müzakirəsinə 10 günə yaxın vaxt sərf olunmuşdu. Sonrakı il­lərdə isə dünyadakı hərbi vəziyyətin də­yişməsi ilə əlaqədar I Cenevrə Konven­siyasına bir neçə dəfə dəyişiklik edil­miş, daha üç Konvensiya qəbul edilmiş­di. Sonuncu – IV Konvensiya II Dünva müharibəsindən sonra. 1949-cu ildə sı- fırdan yazılmışdır. Bu sənədin yaranma­sına II Dünya müharibəsi zamanı yaşa­nan ən böyük fəlakətlərdən biri – dinc əhalinin qoruna bilməməsi səbəb ol­muşdur.

BHH, Osmanlı İmperiyası, Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı, ağ-qırmızı bayraqlar

Güman ki, hamımız üzərində qırmızı xaç şəkli olan ağ bayraqları görmüşük. Hamımız deyirəm, çünki həmin bayraq çox yerdə görülə bilər – televiziya proqramlarında, ictimai yerlərdə vurulmuş maarifləndirici lövhələrdə və s. Onun rənglərinin və üstündəki xaç işarəsinin nə anlam verdiyini bilmək üçün isə bir az beynəlxalq humanitar hüququn tarixi­nə bələd olmaq lazımdır. Daha dəqiq desək, BHH-nin yaradılmasında müstəs­na xidmətləri olan Anri Dünanın milliy­yətinə. Beynəlxalq Qırmızı Xaç Komi- . təsinin rəmzi olan bayraq özündə A.Dü- nanın vətəndaşı olduğu İsveçrənin bay- juqlarının rənglərini daşıyır – ağ və qır­mızı. Sadəcə önəmli bir fərqlə – İsveçrə bayrağında əsas rəng qırmızıdır, onun üzərindəki xaç işarəsi isə ağdır. Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatını təm­sil edən bayraqda isə əksinə – əsas rəng ağdır, xaç işarəsi isə qırmızıdır. Əlbəttə, ölkənin bayrağı Hərəkatınkından fərq­lənməli idi.

1862-ci ildə Cenevrədəki İsveçrə Vətəndaşlar Komitəsi Qırmızı Xaç Ko­mitəsini qurdu. 1863-cü ildə on altı döv­lət Cenevrəyə nümayəndə heyəti gön­dərdi və beləliklə, həmin gün Qırmızı Xaç və Qırmızı Aypara’Hərəkatı kimi tanınan böyük birliyin təməli qoyuldu. ^Beynəlxalq Qırmızı Xaç Komitəsinin adı rəsmi olaraq 1880-ci ildə təsdiq edil- mişdir. 17 fevral isə Qırmızı Xaç Komi- tesinın yaranış günü sayılır. Hərəkatı təmsil edən işarələrdən biri kimi Aypa­ra isə 1906-cı ildə Osmanlı İmperiyası­nın təkidi ilə qəbul olunmuş və rəmzlər sırasına əlavə olunmuşdur.

BHH-nin yaranması ilə dünyada mü­haribələrə son qoyuldumu? Əlbəttə ki, yox. Ölkələr arasında münaqişələrin baş verməsi, eləcə də qırıcılıq gücünə görə daha dəhşətli silahların yaradılması ilə əlaqədar dünyada hərbi-siyasi vəziyyət davamlı surətdə dəyişir. Ona görə de, BHH və onun əsasını təşkil edən Cenev­rə Konvensiyaları da, diger əhəmiyyətli sənədlər də daim yenilənir.

Təranə Mahmudova,
Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının dosenti

Mənbə
525-ci qəzet
Hamısını Göstər

Related Articles

Back to top button
Close