“Bizim Polisimiz bizi qoruyur!”- Şəmsəddin Əliyev

Əziz həmvətənlər!
2 iyul 2022 ci il tarixdə Azərbaycan Polisinin Peşə bayramı günüdür,104 yaşı tamam olur.

Bu münasibətlə Daxili İşlər Orqanlarının çoxminli şəxsi heyətini-polis əməkdaşlarını-sıravi və zabit heyətini, habelə DİN-nin isteblişmenti sayılan elit təbəqəni-generaltiteti və yüksək rütbəli polis zabitlərini xoş ovqatla təbrik edir, onlara çətin,lakin şərəfli bir missiyanın yerinə yetirilməsində uğurlar arzulayıram.

Bu xoş gündə qürurla ifadə edə və hamıya səslənə bilərəm ki,”Bizim Polisimiz bizi qoruyur!”

Bir az da dərindən düşünəndə-milli ordu formalaşana qədər erməni qəsbkarlarına qarşı döyüşdə canını müstəqil , əziz və can Azərbaycanın suverenliyi uğrunda fəda etməyə hazır olan cəsarətli polis əməkdaşları paralel olaraq ölkə daxilində cinayətkarlıqla da mübarizə aparır və narahat gecələrinin hesabına xalqın təhlükəsizliyini təmin etməklə,konstitusion quruluşun əleyhinə arzuolunmaz hərəkətlərin qarşısını ala bilirdi.

Son 10-15 il ərzində ölkədə həyata keçirilən demokratik- hüquqi islahatlar DİO-da bu gün də uğurla davam edir.Polisin fəaliyyət istiqamətlərində insan hüquq və azadlıqları prioritet təşkil edir,polis siyasətə qatılmır,amma cinayətkarlıqla mübarizə siyasətinin formalaşdırılması və icraya yönəlməsini peşəkarlıqla təmin edə bilir.Hər zaman vətənə və dövlət rəmzlərinə sədaqət nümayiş etdirən polisimiz fəaliyyətindəAzərbaycan xalqının iradəsini ifadə edən Konstitusiyanı və hamılıqla tanınan beynəlxalq normaları ,habelə, davranışlarını tənzimləyən normativ hüquqi aktları əsas tutur.

Polis,dövlət qulluğunun xüsusi növündə çalışan və spesifik səlahiyyətə malik mühüm dövlət qurumunun əməkdaşı kimi vəzifə funksiyalaının icrasına sədaqət ruhunda davranır,andını müqəddəs sayır, ekstremal situasiyalarda müvazinətini və ictimai münasibətləri qoruya biləcək qərarlar qəbul edə bilir…

Əziz Azərbaycan Polisi-Generallar,yüksək rütbəli zabitlər ,zabitlər və sıravi heyət!Bir daha bayramınız mübarək!Tanrı hər birinizi qorusun,hifz etsin!

Azərbaycan xalqı,ölkəmizdə akkreditasiya olunmuş diplomatik korpuslar da xidmətinizdən məmnunluqlarını ifadə edir. Beynəlxalq aləmdə milli nüfuzumuzu ucaltdığınıza görə Sizlərə təşəkkür edirik!Həmişə var olun!Günləriniz uğurla başlasın və uğurla da bitsin.Sizinlə öyünür və fəxr edirik!

Hər birinizə səmimi hörmət və ehtiramla,
Şəmsəddin Əliyev

Hamısını Göstər

Related Articles

Back to top button