“Bizim üçün 2020-ci ilin ən önəmli hadisələrindən biri Qarabağın azad edilməsidir…”

“Bizim üçün 2020-ci ilin ən önəmli hadisələrindən biri Qarabağ məsələsidir. Tarixi məsələdir, Azərbaycan sahəyə endi və haqqını geri aldıq. Biz də Türkiyə olaraq dəstək verdik. Sadəcə dost olduğumuz üçün deyil, haqlı olduqları üçün dəstək verdik. Azərbaycana dəstəyimiz davam edəcək”.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu 2020-ci ilin xarici siyasət yekunları ilə bağlı keçirdiyi brifinqdə deyib.

Çavuşoğlu deyib ki, Qarabağ məsələsini dünən Moskvaya səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla müzakirə edib. “Ermənistan atəşkəsə riayət edərsə, əldə olunan anlaşmaları yerinə yetirərsə münasibətlərimiz normallaşar. Bu normallaşmadan ən çox Ermənistan və erməni xalqı faydalanacaq”,-Türkiyə xarici işlər naziri bildirib.

Çavuşoğlu qeyd edib ki, Türkiyə 2020-ci ildə Liviyada vətəndaş müharibəsinin dayandırılmasına və legitim hökumətin devrilməsinin qarşısının alınmasına nail olub. Suriyada humanitar fəlakətin miqyasının böyüməsinin və Türkiyəyə yeni qaçqın axınının qarşısını alıb. Bölgədəki atəşkəsin davamlı olması üçün çalışıb. Aralıq dənizinin şərqində neft-qaz kəşfiyyatı aparıb və bu zaman Avropa İttifaqının təzyiqlərinin işə yaramadığını nümayiş etdirib.

“Fransa ilə də normallaşma prosesi başlatdıq. Bir yol xəritəsi üzərində çalışırıq və qarşıdakı müddətdə konkret addımlar atıla bilər. Fransa əgər səmimidirsə münasibətlərimiz normallaşa bilər”,-nazir bildirib.

Çavuşoğlu ABŞ-la münasibətlərdən də danışıb, bu ölkə ilə FETÖ probleminin davam etdiyini deyib. “ABŞ-ın PKK/PYD-yə dəstəyi davam edir, bizə qarşı tətbiq etdikləri sanksiyanın isə ağır, yaxud yüngül olmasının önəmi yoxdur.  İstənilən halda sanksiya ilə müttəfiqlik bir araya sığmır. İl ərzində S-400 kompleksləri ilə bağlı müzakirələrimiz də davam edib. Texniki araşdırma qrupu yaradılıb”,-Türkiyə xarici işlər naziri deyib.

Mənbə
virtualaz.org
Hamısını Göstər

Related Articles

Back to top button
Close