BLİNKEN PAŞİNYANLA SƏRT TONDA DANIŞIB – Baş nazirin ikiüzlü siyasəti Vaşinqtonda narahatlıq yaradıb.

Erməni mediası iküzlü siyasət yürüdən Baş nazir Nikol Paşinyanla ABŞ Dövlət katibi Entoni Blinken arasında bu həftə baş tutan telefon danışığının kifayət qədər gərgin keçdiyini yazıb.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Entoni Blinken əvvəlcə Ermənistanın Baş naziri, sonra isə Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr aparıb. “Armenian Past” qəzeti yazır ki, Dövlət katibi Paşinyanı konkret nəticələrə nail olmaq üçün sülh prosesinin asanlaşdırılmasında irəliləyişi davam etdirməyə çağırıb.

“Diplomatik mənbəmizə görə, Blinken Paşinyanla kifayət qədər sərt tonda danışıb, bunun da geosiyasi səbəbləri var. Ermənistan Xarici İşlər Nazirliyindəki mənbənin sözlərinə görə, Amerika tərəfi Rusiyanın münasibətləri normallaşdırmaq təklifləri ilə bağlı Ermənistanın siyasi sferasında səslənən mesajlardan ciddi narahatdır”,- məqalədə qeyd olunur.

Hamısını Göstər

Related Articles

Back to top button