Blinken və Stoltenberq Ukraynaya əlavə yardımı müzakirə ediblər.

ABŞ dövlət katibi Entoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

O bildirib ki, tərəflər NATO xarici işlər nazirlərinin noyabrın 29-30-da Buxarestdə keçiriləcək görüşündən əvvəl Ukraynaya əlavə yardım və Şimali Atlantika Alyansının müdafiəsinin gücləndirilməsini müzakirə ediblər.

Prays əlavə edib ki, onlar Finlandiya və İsveçin NATO-ya qoşulmasına dəstəklərini ifadə ediblər.

Hamısını Göstər

Related Articles

Back to top button