BMT Ukraynadakı bütün tərəfləri atəşkəsi təşviq etməyə çağırıb

BMT bütün tərəflərin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün mümkün olan hər şeyi etməsini zəruri hesab edir.

Polise.az  xəbər verir ki, bunu brifinqdə təşkilatın Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq Qərb ölkələrindən Kiyevə döyüş təyyarələri və digər hərbi texnikanın tədarükü ilə bağlı sualı cavablandırarkən deyib.

“Bizim konkret texnologiyalarla bağlı mövqeyimiz yoxdur. Narahatlığımız ondan ibarətdir ki, qarşıdurma davam edir. Biz bunun dayandırılmasını arzulayırıq. İstəyirik ki, tərəflər hərbi əməliyyatları dayandırmaq üçün mümkün olan hər şeyi etsinlər”, – deyə F.Haq bildirib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button