Bolqarıstan Prezidenti Tehrandakı səfirliyimizdə baş vermiş hadisəyə münasibət bildirib

Bolqarıstan Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktından dərin kədər hissi keçirir, bu hadisəni qəti şəkildə pisləyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstan Prezidenti Rumen Radev tviter hesabında yazıb. O bildirib ki, Bolqarıstan ötən gün Azərbaycanın Tehrandakı səfirliyində baş vermiş hadisəni pisləyir və hər hansı belə hücumu qəbuledilməz hesab edir. Bolqarıstanın dövlət başçısı qeyd edib ki, ölkəsi Azərbaycan Prezidenti İlham Əliyevin hadisə ilə bağlı hərtərəfli araşdırmaya çağırışını dəstəkləyir və həlak olanların ailələrinə başsağlığı verir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button