Boris Conson: “Putin asta-asta olsa da, nəzərəçarpacaq tərəqqiyə nail olmaqdadır”

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynadakı son vəziyyəti şərh edib.

Siyasətçi bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada tədricən və asta-asta da olsa, nəzərəçarpacaq tərəqqiyə nail olmaqda davam edir.

Britaniyanın hökumət başçısı əlavə edib ki, qeyd etdiyi məqamı nəzərə alaraq Böyük Britaniya və müttəfiqləri Ukraynaya hərbi dəstək verməlidirlər.

Xatırladaq ki, Böyük Britaniya Rusiyaya qarşı müqavimətdə Ukraynanı ən çox dəstəkləyən əsas ölkələrdən biridir.

Britaniya hökuməti indiyədək Ukraynaya tank əleyhinə raketlər, hava hücumundan müdafiə sistemləri və digər silahlar göndərib.

Hamısını Göstər

Related Articles

Back to top button