Böyük Qayıdış, yenidən Diriliş! 2021-ci ildən nələr gözləyirik…

2020-ci ildə əldə etdiyimiz qələbənin üzərində milli gələcəyimizi inşa edək! Hər şey dəyişdi və dəyişəcək!…

Hər ilin sonlarında insanlar həmin ilə dair yekunlar edib, növbəti ilə planlar qurar. Azərbaycan insanı hazırda hər şeyə fərdi maraq və prizmadan deyil, ictimai və milli prizmadan baxır. O üzdən də, fikir vermisizsə, TV-lərdə, sosial mediada danışan azərbaycanlıların heç biri 2020-ci ili dəyərləndirərkən özünün, ailəsinin deyil, ölkəsinin və millətinin adından danışır. Hər kəs mütləq və mütləq  Qarabağla bağlı tarixi nəticələri vurğulayır. Baxmayaraq ki, il çox çətin keçdi, pandemiya səbəbindən toplum olaraq, əziyyət çəkdik. Lakin biz o millət olduq ki, pandemiyanı, koronavirusu da öz müttəfiqimizə çevirə bildik, ondan yararlandıq. Yəqin ki, dünyada yeganə millətik ki, qlobal anlamda pandemiyanın bizə böyük faydası dəydi. Dünyada yaranmış vəziyyəti Qarabağın azadlığı üçün istifadə edə bildik…

Bəli, biz Azərbaycan xalqı olaraq 2020-ci ilin sonlarında Qarabağ münaqişəsini həll etdik. Şuşanı, Füzulini, Ağdamı, Qubadlını, Laçını, Zəngilanı, Cəbrayılı, Ağoğlanı (Hadrut), Kəlbəcəri, Xudafərini geri qaytardıq. Düşmənin ordusunun 80 faizini darmadağın etdik. Ötən ilin bu zamanlarında yuxarıda sadalanan rayonlardan yalnız birini qaytarmaq bizə xəyal görünərdi. İndi isə əldə olunanlarla kifayətlənmədən, daha yüksək hədəflərdən, hətta hazırda Ermənistan adlandırılan klassik torpaqlarımıza belə iddia etməkdən çəkinmirik. 

Çünki qayıdan yalnız torpaqlar deyil! Milli ruhumuz, milli qürur və kimliyimiz geri qayıdıb! Bu səbəbdən də artıq fərd kimi deyil, toplum kimi düşünürük. Bunun özü də böyük bir nəticədir. İnşallah, 2021-ci ilin başlanğıncından etibarən, bu nəticələrdən çıxan milli vəzifələri həll etməyə başlarıq. 

İşğaldakı torpaqların böyük bir qismini qaytardıq, bizi özünə düşmən bilən xalqa, erməni toplumuna və Ermənistan dövlətinə yerini göstərdik, onu uzun müddətə neytrallaşdırdıq. Minsk Qrupu vasitəsilə Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaq istəyən böyük güclərin oyununu pozduq, ‘’xristian klubu’’nun missiyasını birdəfəlik alt-üst etdik. Türk ordusunun Qarabağa yerləşməsinin əsasını qoyduq. Bunlar çox möhtəşəm nəticələrdir. Lakin bu nəticələrdən həm də daha böyük vəzifələr çıxır. 

Bunca gözlənilməz uğurlara qarşı beynəlxalq güc statusunda olan erməniyönümlü Avropa koalisiyasının, Qərb mediası və qurumlarının reaksiya və təzyiqlərini neytrallaşdırmalıyıq. Bölgədə etibarlı sülhün təmini üçün Ermənistanı sülh müqaviləsi imzalamağa, gələcəkdə yüklü təzminat ödəməsi üçün hüquqi əsasların olmasına vadar etməliyik. Ermənistanı özümüzə borclandırmalıyıq! 

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR » Tədbirlər

Azərbaycan Prezidenti İlham Əliyevin  bölgə üçün təklif etdiyi yeni, 6 tərəfli əməkdaşlıq formatının işləyən mexanizmə çevrilməsinə nail olmalıyıq. Ermən vandallarının xaraba qoyduğu Qarabağın yenidən inşası üçün strategiya hazırlamalı, maddi qaynaqlar tapmalı, etibarlı tərəfdaşlar toplamalıyıq.

Paralel olaraq və ləngimədən Böyük Qayıdış proqramı hazırlayıb, Qarabağı sürətlə məskunlaşdırmalıyıq. Bu proses daha çox şərti olaraq Dağlıq Qarabağ adlanın ərazilərimizdə həyata keçirilməlidir. Şuşa sürətlə qurulmalı və məskunlaşdırılmalı, Xankəndindən vaxtilə çıxarılan azərbaycanlılar da oraya (Xankəndinə) qaytarılmalıdır. Onlarla bərabər, Azərbaycan-Türkiyə qoşun hissələri də şəhərdə yerləşməli, Xankəndində polis idarəmiz fəaliyyətə başlamalıdır. 

2021-ci ilin əsas hədəflərindən biri də Xocavənddir. Orada və ətrafda olan erməni silahlıları tərk-silah olunub, Qarabağı tərk etməlidir. O cümlədən başqa ərazilərdə yerləşən erməni silahlılar üçtərəfli anlaşmanın şərtlərinə uyğun olaraq, Qarabağdan rədd edilməlidir. 

Azerbaycanlılar, Şuşa'nın işgalden kurtarılışını coşkuyla kutluyor

Daha sonra – Qarabağdan ev, mülk, ərazi almaq proqramı hazırlanmalı, burada Türkiyə vətəndaşlarına da bərabər haqq tanınması həll olmalıdır. Yollar çəkilməli, infrastrukturlar qurulmalı, turizm hədəfi nəzərə almaqla, hotellər tikilməli, ərazilər minalardan təmizlənib, əkinə yararlı hala salınmalıdır. Naxçıvanla Qarabağı birləşdirən ‘’Turan qapısı’’ –  dəhlizdəki işlərə start verilməli, bu layihənin üzərində israr edilməlidir…  

Azerbaycan Ordusu'nun hedefi tarihi Şuşa kenti

Bütün bunlar milli hədəflərimizdir. Xalq və dövlət olaraq, görəcəyimiz işlər, hətta vəzifələrimizdir. Buraya qazilərimizə xüsusi qayğı, şəhidlərimizin xatirəsinə və şəhid ailələrinə dair xüsusi proqramları da əlavə edək. 

Yəni 2021-ci ildən etibarən, Yeni Azərbaycanın inşasına start veriləcək. Bunları edə biləcəyikmi? Nə qədər çəkər? Gücümüz çatarmı? 

Qalibiyyət səfəri - Modern.Az Azərbaycan və dünya xəbərləri

Bu suallara cavabı biz 2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsi ilə verdik! Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə millət olaraq, 44 gün içərisində mümkünsüzü bacardıq. Ən çətin olanı etmiş və bu uğurda canını verməkdən belə çəkinməmiş millətin bundan sonra bacarmayacağı heç nə yoxdur!  Bacardıq, bundan sonrasını da bacaracağıq! 2020-ci ilə vida edərkən, 2021-ci ilə bu vəzifələrlə salam verməkdəyik! 

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button
Close