Britaniya MN: Ukraynadakı Rusiya qüvvələrinin “Qərb” qrupuna yeni komandan təyin ediləcək

Rusiyanın Ukraynadakı qüvvələrinin “Qərb” qoşunları qrupuna yeni komandanın təyinatı gözlənilir.

APA xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin (MN) kəşfiyyat xidməti məlumat yayıb.

Bildirilib ki, general-leytenant Yevgeni Nikiforovun Ukraynadakı qüvvələrin “Qərb” qoşunları qrupunun komandanlığını təhvil alması gözlənilir.

“O, işğaldan sonra birləşmənin dördüncü komandiri olacaq və cəmi üç ay əvvəl təyin edilmiş general-polkovnik Sergey Kuzovlevi əvəz edəcək”, – məlumatda qeyd olunub.

O da bildirilib ki, işğalın ilk həftələrində Rusiya qüvvələrinin “Şərq” qoşunları qrupunun Baş Qərargah rəisi kimi, Nikiforov “Şərq” qrupunun və Hava-Desant Qüvvələrinin şimal-qərbdən Çernobıl ərazisi ilə Kiyevə doğru irəliləmək üçün fəlakətli cəhdinin planlaşdırılmasında iştirak edib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button