Bu ölkələr İrana qarşı HƏRƏKƏTƏ KEÇDİ

ABŞ müdafiə naziri Lloyd Ostin ötən gün Tel-Əvivdə İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Gallant ilə görüşüb.

Musavat.com xəbər verir ki, iclasın əsas gündəmi nüvə texnologiyasında irəliləyiş əldə etdiyi iddia edilən İran və Fələstinin İordan çayının qərb sahilində şiddətinin artması olub.

Ostin İsrail hakimiyyətini İordan çayının qərb sahilindəki gərginliyi azaltmaq üçün addımlar atmağa çağırıb.

“Mühacirlərin fələstinlilərə qarşı zorakılığı bizi xüsusilə narahat edir” – deyən Lloyd Ostin artan gərginliyin müttəfiq ölkələrin İrana münasibətini poza biləcəyi barədə xəbərdarlıq edib.

İsrailin müdafiə naziri Gallant İranın nüvə təhlükəsi ilə bağlı kritik bir yol ayrıcında olduqlarını bildirib və çətin qərarlar verdiklərini vurğulayıb. İsrailli nazir “İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün əlimizdən gələni etməliyik” deyib və istənilən plana hazır olduqlarını da qeyd edib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button