Cəlilabad sakinlərindən odlu silah və narkotik vasitələr aşkarlanıb

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alar kənd sakini Elçin Dadaşov saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmin silaha aid 2 ədəd patron aşkarlanaraq götürülüb. Şöbə əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri ilə isə rayonun Göytəpə şəhər sakinləri Emin Novruzov və Tural Xanışov saxlanılıblar. Onlardan hazır bükümlərdə narkotik vasitə heroin və tiryək aşkarlanaraq aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close