Cəlilabadda metamfetaminin dövriyyəsi ilə məşğul olanlar saxlanılıb

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini S. Qasımov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.Araşdırmalarla onun həmin psixotrop maddəni Cəlilabad sakini Ə.Zeynalovdan əldə etdiyi müəyyən olunduğundan sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb və üzərindən 2 bükümdə metamfetamin aşkanaraq götürülüb.

Hamısını Göstər

Related Articles

Back to top button
Close