Ceyhun Bayramov İsrailin xarici işlər naziri ilə görüşdü

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransındakı iştirakı çərçivəsində İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında mövcud əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, regionda baş verən son hadisələr, habelə Qəzza zolağında vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan Respublikası və İsrail Dövləti arasında təhlükəsizlik, yüksək texnologiyalar, aerokosmik sənaye, qarşılıqlı investisiyalar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.

Nazir Ceyhun Bayramov Qəzza zolağında əldə edilmiş atəşkəsin qorunmasının vacibliyini vurğulayıb.

Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button