Çinin sabiq ədliyyə naziri ölüm hökmünə məhkum edilib

Çin məhkəməsi ölkənin sabiq ədliyyə naziri, ictimai təhlükəsizlik nazirinin keçmiş müavini Fu Çjenxua barəsində ölüm hökmü çıxarıb.

RİA Novosti agentliyi xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Hökm iki illik möhlətlə icra olunacaq. İki illik möhlət bitəndən sonra cəza ömürlük həbslə əvəzlənə bilər.

Sabiq nazir rüşvət və korrupsiya əməllərində təqsirli bilinir. İttihama görə, o, vəzifə səlahiyyətlərindən istifadə edərək 117 milyon yuan (16,5 milyon dollar) rüşvət almaqda günahkar hesab olunur.

Qeyd olunur ki, sabiq nazir günahını etiraf edib, əməlindən peşman olduğunu bildirib, qeyri-qanuni əldə etdiyi vəsaiti qaytarıb.

Fu Çjenxua 2013-2018-ci illərdə ictimai təhlükəsizlik nazirinin müavini, 2018-2020-ci illərdə Çin Xalq Respublikasının ədliyyə naziri vəzifəsində çalışıb.

Hamısını Göstər

Related Articles

Back to top button