Dəmir yolundan oğurluq edən şəxs saxlanıldı

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları dəmir yolunun Sitalçay  ərazisindən keçən işlək dəmir yolu xətlərindən rels yanlıqlarını oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini Ruslan Qədirovu saxlayıblar.

Araşdırmalar zamanı həmin şəxsin ümumilikdə 95 ədəd rels altlığı, 26 ədəd sıxac və 164 ədəd “kastil” oğurladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button