Daha bir şirkət Rusiya ilə işləməkdən imtina etdi 

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi və təcavüzkara qarşı sanksiyaların qüvvəyə minməsi fonunda, Fransanın mühəndislik şirkəti GTT (Qaztransport & Technigaz) Rusiyada işlərini dayandırdığını elan edib.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, GTT belə bir qərarın Aİ sanksiyalarının səkkizinci və doqquzuncu paketlərində nəzərdə tutulan məhdudiyyətlərə görə qəbul edildiyini bildirib.

Şirkətin saytında yer alan açıqlamaya görə, Rusiyanın “Zvezda” şirkəti ilə 15 buzqıran qaz daşıyıcısının tikintisinə dair imzalanan müqavilə də ləğv edilib.

Həmçinin qeyd olunur ki, GTT mayeləşdirilmiş təbii qazın daşınması və saxlanması üçün istifadə olunan membran konteyner sistemlərinin istehsalında dünya lideridir. Şirkətin istehsal etdiyi qablar yanacağın – 163 dərəcəyə qədər olan temperaturda təhlükəsiz saxlanması üçün lazımdır.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button