Daşkəsəndə yaşlı kişi özünü asdı

Daşkasən rayonunda 76 yaşlı kişi intihar edib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə rayonun Zilvan kəndində baş verib.

Sözügedən kənd sakini 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu özünü asaraq intihar edib. Yaxınları onu asılmış vəziyyətdə görüblər.

Hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırma başlayıb.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button