Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə Şirvan şəhərində tədbir keçirdi.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə Şirvan şəhər
21 saylı tam orta məktəbdə şəhər ərazisində yerləşən ümumtəhsil müəssisələrinin
IX-XI sinif şagirdləri ilə görüş keçirilib.
Görüş zamanı şagirdlərə ölkəmizdə sabitliyin, asayişin təmin olunmasında,
hüquq normalarının qorunmasında daxili işlər orqanlarının fədəkar xidməti
haqqında ətraflı məlumat verilib. Sıralarımıza qatılmaq arzusunda olan gənclərə
sağlam həyat tərzi keçirmələri, dərslərini yaxşı oxumaları tövsiyə edilib. Polisin
gündəlik fəaliyyəti şagirdlərin diqqətinə çatdırılıb. Polis Akademiyasında yaradılan
şərait, kitabxanalar, laboratoriyalar haqqında geniş məlumat verilib.
Tədbirdə məktəblilərə bukletlər paylanılıb və Polis Akademiyasındakı
müasir tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş
olunub.

Hamısını Göstər

Related Articles

Back to top button