Deputat: “Hər kəs ölkə başçısının qərarlarına güvənməlidir”
“Bu qələbə bizə onu göstərdi ki, biz güclü və haqlı olduğumuz üçün buna nail olduq”.
Polis.az oxu.a-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Qasımlı deyib.
O bildirib ki, qazanılan qələbədən sonra hər kəs ölkə başçısının qərarlarına güvənməlidir:
“Ali Baş Komandan bu prosesdə xalqın maraqlarını müdafiə etdi. Lakin, təəssüf olsun ki, bəzi ağzının danışığını bilməyən səfir qəbuledilməz fikirlər səsləndirdi. Hər kəs kimi, o da bu qələbənin qazanılmasında dövlət başçısının verdiyi qərara hörmət etməlidir”.