Deputat: “Qarabağda təxribatlar baş verir, biz təkcə sülhməramlılara arxayın olmamalıyıq”

“Biz görürük ki, Qarabağda müəyyən təxribatlar baş verir. Ona görə də əhalinin ora köçürülməsini təmin etməliyik”.

Bunu deputat Siyavuş Novruzov parlamentdə deyib.

Onun sözlərinə görə, əhali orada məskunlaşanda təxribatlar olmayacaq:

“Biz təkcə sülhməramlılara arxayın olmamalıyıq. Biz Azərbaycan Ordusuna arxayın olmalıyıq. Ona görə də insanlarımızı tez zamanda ora yerləşdirməliyik. Digər rayonlardakı problemləri bir il gec həll etmək olar. Əsas diqqəti Qarabağa yönəltmək olar ki, orada vakuum yaranmasın”.

Mənbə
qafqazinfo.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close