DİN rəsmisindən evlərdə təşkil ediləcək toylarla bağlı açıqlama

Hər hansı bir formada həyətdə, çadırda, yaşayış evində keçirilən toy mərasimlərində 50 nəfərdən artıq şəxs iştirak etməməlidir.

Bu barədə AzTV-yə müsahibəsində Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

E.Hacıyevin sözlərinə görə, yalnız 50 nəfərin iştirakı ilə bu məclislərin evdə, çadırda keçirilməsinə icazə verilir:

“Bu zaman tibbi maskalardan istifadə önəmlidir. Başqa məhdudiyyət yoxdur və insanlar bu qaydalara riayət etsinlər. Bu barədə ərazi üzrə icra hakimiyyətləri, bələdiyyələr ilə polis orqanları birgə iş aparır. Evdə keçirilən toy məclislərinə dəvət edilən şəxslərdən COVID-19 pasportu tələb edilmir. Bu səbəbdən tibbi maskadan istifadə tövsiyə edilir ki, virusa yoluxma halları müşahidə edilməsin”.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close