DIN Salyanda əməliyyat keçirib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan
verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi
və satışı ilə məşğul olmaqda şübhəli bilinən beş nəfər – Salyan rayon sakinləri
Rabil Dadaşov, Mahir Məmmədov, Hüseyn Xəlilov, Pərviz Məmmədov və
Biləsuvar rayon sakini Cabir Əliyev saxlanılıblar.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə
narkotik vasitə olan heroin, tiryək, psixotrop maddə olan metamfetamin və
marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Salyan RPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər
barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button