Direktor: Edillidə aşkarlanan meyit qalıqlarında zədələr və xəsarət izləri var

Xocavəndin Edilli kəndində qazıntı işləri aparılıb və 12 meyit qalığı aşkarlanıb. İlk baxışdan həmin qalıqların Azərbaycan hərbi qulluqçularına aid olduğu görünür.

Bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov jurnalistlərə açıqlamasında deyib.

“Kütləvi şəkildə, qeyri-insani formada dəfn edilmələri bizə onlara işgəncə və əzab verildiyini düşünməyə imkan verir. Hər bir meyitin əlləri yuxarıdadır, lakin bunun səbəbini hələ deyə bilmərik. Sümüklərində zədələr və xəsarət izləri var. Küt alət təsirindən kəllə sümüklərinin sınıqları görünür. Odlu silahlarla olan təsirlər isə burada yox, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Kriminalistika şöbəsində müayinə edildikdən sonra aydın olacaq. Baş Prokurorluq tərəfindən qoyulan suallara cavab veriləcək. Onların cinsi, yaşı, boyu, torpaqda qalma müddəti təyin ediləcək. Hətta onların sağlığında keçirmiş olduğun xəstəliklər varsa, onlar aşkar ediləcək. Bunun tanınmada böyük əhəmiyyəti var. Hazırda meyitlərin dişlərinin quruluşundan aydın olur ki, onların hamısı cavan və orta yaşlı hərbi qulluqçular olub”, – Ədalət Həsənov əlavə edib.

Hamısını Göstər

Related Articles

Back to top button