Donbasda Qarabağ ssenarisi? Puşkov hədələdi
Donbasda Qarabağ ssenarisinin reallaşması mümkün deyil.
Bu sözləri rusiyalı senator Aleksey Puşkov Teleqram kanalında yazıb.
O bildirib ki, Kiyevin Donbasda Qarabağ ssenarisini həyata keçirmək üçün planlar qurduğu barədə məlumatlar gəlməkdədir:
“Düşünürlər ki, əgər Azərbaycanda alındısa, niyə Ukraynada alınmasın?
Əgər geolopitik baxımdan müzakirə etsək, bir çox səbəblərə görə alınmayacaq. Birincisi, LXR və DXR (qondarma Luqansk və Donetsk “xalq respublikaları” nəzərdə tutulur – red.) Rusiya ilə ümumi sərhədə malikdir, Ermənistanın isə Rusiya ilə heç bir sərhədi yoxdur və bu, həlledici faktordur. Kiyev hər halda mübahisə etməyəcək ki, Ermənistan və Rusiya ayrı-ayrı şeylərdir.
İkincisi, Azərbaycana açıq şəkildə Türkiyə yardım etdi. Ukrayna isə heç bir halda indiki situasiyada ABŞ və ya NATO-nun hərbi dəstəyinə ümid edə bilməz”.
Puşkov deyib ki, Qarabağ konflikti Rusiya sülhməramlılarının orda peyda olması ilə başa çatdı, Donbasda isə belə sülhməramlılar yoxdur.
Senator hətta Kiyevin buna cəhd edəcəyi halda ciddi nəticələri olacağı barədə də xəbərdarlıq edib:
“Ukraynada problemi hərbi yolla həll etməyə çalışan hərbçilər ola bilər, ancaq bu, çox ciddi səhv olardı. Donbas – heç bir halda Qarabağ deyil”.