Donuz kababı tüstüsündə “inqilab” -Paşinyanın istefadan başqa yolu yoxdur

Ermənistan prezidenti Armen Sərkisyian bir neçə saat əvvəl baş nazir Nikol Paşinyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərmək qərarını qəbul etməyini elan edib. Bu barədə “RİA Novosti” Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Sərkisyan Qasparyanın istefası ilə bağlı tələbin “konstitusiyaya zidd olduğunu” bəyan edib və baş nazirin bununla bağlı fərman layihəsini ger qaytardığını bildirib.

Prezidentin mətbuat xidməti ölkə rəhbərinin heç bir siyasi qüvvəni dəstəkləmədiyini və yalnız milli maraqları rəhbər tutaraq belə bir qərar verdiyini qeyd edib.

Prezidentin açıqlamasında ölkənin silahlı qüvvələrinin siyasi məsələlərdə bitərəf qalmasının vacibliyi vurğulanır. Sərkisyan ölkədəki mövcud vəziyyətin kompleks həllinin vacibliyini qeyd edib, kadr dəyişikliyi ilə problemlərin həll olunmayacağını bildirib.

Paşinyan isə geri çəkilmək fikrində deyil. O da bildirib ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi növbəti dəfə ölkə prezidentinə göndərəcək.O, özünün “Facebook” səhifəsində bunları yazıb: “Prezident baş nazir aparatına Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi geri göndərmək barədə qərar qəbul etdi. Bu addım yaranmış vəziyyətin həllinə imkan yaratmır. Mən sənədin lazımi qaydada imzalanacağını gözləməklə yenidən Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi prezidentə göndərirəm”.

Xatırladaq ki, Paşinyanın Rusiyanın “İsgəndər” raket sistemləri ilə bağlı açıqlamalarından sonra Ermənistanda siyasi vəziyyət gərginləşib. Mətbuatda yer alan məlumatlara görə, Baş Qərargah rəisinin müavini “İsgəndər 10 faiz partlayıb” deyən baş naziri lağa qoyub və bu səbəbdən vəzifəsindən kənarlaşdırılıb. Paşinyan Baş Qərargah rəisinin istefa etməsi də təklif edib. Buna cavab olaraq, Ermənistan Silahlı Qüvvələri Paşinyanın özünün istefasını tələb edib, müxalifət də bu fürsətdən yararlanmağa çalışıb. Paşinya isə bu cür aksiyaları rəvac verən Baş Qərargahın mövqeyini hərbi çevriliş cəhdi adlandırıb.

Bu gün də Ermənistanda müxalifətin mitinqi keçirilib. İrəvanda  parlamentinin binası ilə üzbəüz Nikol Paşinyanın baş nazir postundan istefası tələbi ilə yenidən aksiya olub. Artıq ikinci sutkadır ki, Paşinyanın istefasını tələb edən etirazçılar Baqramyan prospektindədirlər. Barrikadalar və soba qurublar və burada gecələyirlər.

Rusiya mediasının xəbərləri isə onu göstərir ki, Paşinyanın istefa tələbi ilə aksiya keçirənlər İrəvanın “Maydan” ından heç də ac qalmırlar, əksinə donuz kababı bişirib yeyirlər.

Müxalifətin liderlərindən biri  Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Artur Vanetsyan deyib ki, Paşinyan könüllü olaraq istefa verməsə, müxalifətin növbəti addımları etiraz aksiyalarının daha da kütləviləşməsi olacaq: “Düşünürəm ki, Paşinyanın sadəcə, istefadan başqa yolu yoxdur. Hər gün hakimiyyətdə qalmağa çalışır, əhalinin əhval-ruhiyyəsi ilə manipulyasiya etməyə çalışır. Ancaq o, artıq uğur qazanmayacaq. Və düşünürəm ki, yaxın gələcəkdə istefaya nail olacağıq”.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button
Close