DTX-dan terror aktı ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkəmizin İrandakı səfirliyinə xain terror hücumu ilə bağlı məlumat yayıb. DTX-nin Mətbuat xidmətindən bildirilib ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum edilib. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq səfirliyin mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlunu qətlə yetirməklə yanaşı, daha iki mühafizəçiyə xəsarət yetirib. Bununla belə, səfirliyin əməkdaşları cinayətkarı tərksilah etməklə onun cinayət əməllərini dayandırıblar.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İran İslam Respublikasının aidiyyəti qurumlarına aparılan araşdırmalarla bağlı zəruri məsələlərin həllinə dair müraciət edilib.

“Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terrorçuluq əməlləri ilə bağlı bütün halların tam və hərtərəfli araşdırılması təmin ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə DTX-nin məlumatında bildirilib. 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button