DTX NAXÇIVANDA HƏBSLƏRƏ BAŞLADI… – Saxlanılanların adları məlum olur

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxılıb.

Səbail Rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib.

Məhkəmədə Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. (musavat.com)

Qeyd edək ki, cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. 

İttihamın mahiyyətindən görünür ki, NMR DGK vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.

Cinayət işinin gedişatı barədə əlavə xüsusatlar dəqiqləşdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvanda saxladığı gömrükçülərdən daha ikisinin adı məlum olub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz özünün “facebook” hesabından paylaşım edib.

O, bildirib ki, DTX-nin əməliyyatı nəticəsində Naxçıvan Dövlət Gömrük Komitəsinin və Şahtaxtı gömrük məntəqəsinin Maliyyə şöbəsinin rəisləri saxlanılıb.

Xatırladaq ki, ötən gün DTX əməkdaşları Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirib, milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisində şübhəli bilinən rəhbər şəxslər saxlanılaraq, dindiriliblər.

Qeyd edək ki, saxlanılanlar arasında AMEA-nın Prezidenti İsa Həbibbəylinin oğlu Səhət Həbibbəylinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıboun bacısının həyat yoldaşı Səbuhi Novruzovun da oldu]u bildirilir.

Hamısını Göstər

Related Articles

Back to top button