Dünya hərb tarixinə düşən unikal əməliyyat: ordumuz Şuşanı necə aldı…

Azərbaycan ordusunun ərazilərimizin azad olunmasığı uğrunda apardığı 44 günlük müharibənin və əldə etdiyi şanlı qələbənin kulminasiyası heç şübhəsiz ki, Şuşa şəhərinin azad edilməsi oldu. Azərbaycan ordusu bir aydan bir az çox çəkən döyüşlər zamanı ağlasığmaz şücaət göstərərək cənub istiqamətindən qala-şəhərin həndəvərinə qədər irəlilədi.

Artıq indi, döyüş əməliyyatlarıın başa çatmasından bir neçə gün sonra dünyanın müxtəlif ölkələrindən hərbi ekspertlər təsdiq edirlər ki, Şuşa əməliyyatı müstəsnadır və dünya hərb tarixində qalacaq, eləcə də hərb elminə dair dərsliklərə salınacaq. Erməni ordusunun komandirləri və düşmən siyasətçiləri də etiraf edirlər ki, məhz Şuşanın alınması Ermənistanın faktiki olaraq Azərbaycanın diqtə etdiyi şərtlərlə razılaşmasına səbəb oldu.

Azərbaycan ordusunun bu mürəkkəb əməliyyatının bəzi detallarını oxuculara çatdırılaraq qeyd edilir ki, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Şuşa hətta səyahətçilər üçün də çətin keçilən relyefə malikdir. Hərbi baxımdan isə şəhər üç tərəfdən sıldırım qayalıqla əhatə olunduğu üçün praktiki olaraq alınmaz qaladır.

Azərbaycan ordusu üçün vəziyyəti mürəkkəbləşdirən həm də bu idi ki, düşmən qoşunları Şuşanı şimaldan, Xankəndi istiqamətindən, şərqdən Xocavənd istiqamətindən və qərbdən laçın istiqamətindən nəzarətdə saxlayırdı. Azərbaycan ordusunun irəlilədiyi cənub istiqamətinə isə Ermənistan hərbi rəhbərliyi özünün ən elitar, döyüş qabiliyyətli hissələrini döyüşə atmışdı.

Bununla belə düşmən hərçənd öz diqqətini Xankəndi və Daşaltı istiqamətindən şəhərin müdafiəsinə yönəltsə də onun əsas qüvvələri şəhərin mərkəzində cəmləşmişdi. Şuşanı minlərlə erməni əsgəri, onlarla vahid artilleriya və zirehli texnika qoruyurdu. Şəhərin bu cür güclü qorunması onun strateji əhəmiyyəti ilə bağlı idi, Şuşadan az qala Qarabağın bütün dağlıq hissəsini nəzarətdə saxlamaq mümkündür. Və düşmən generalları da bunu yaxşı bilirdi.

Azərbaycan ordusunun dayanmadan Şuşaya tərəf irəlilədiyi ayın olanda dünyanın aparıcı hərbi ekspertləri bu istiqamətdən şəhərin alınmasının mümkün olmadığı haqda proqnozlar səsləndirirdilər. Deyirdilər ki, hətta ən maksimal səylərlə belə şəhər uğrunda 2-3 ay döyüşlər aparmaq lazım gələcək. Bir çoxları isə Şuşa uğrunda döyüşlərin gələn ilin yazına, yayına qədər çəkəcəyini təxmin edirdilər.

Bu cür skeptik fikirlərə baxmayaraq noyabrın 5-də Azərbaycan ordusu bilavasitə şəhərdəki erməni mövqelərinə artilleriya zərbələri endirməyə başladı, nəticədə yüngül silahlı xüsusi təyinatlılarımız Şuşanın girişinə qədər irəliləyə bildi. Düşmən üçün tamamilə gözlənilməz idi ki, xüsusi olaraq bu cür döyüşlər üçün hazırlanmış Azərbaycan döyüşçüləri alpinistlər kimi sıldırım qayalıqlara dırmaşaraq hücum edirdi və şəhərə daxil olurdu. Şuşanın içərisində şiddətli şəkildə yaxın məsafədən, hətta əlbəyaxa döyüşlər başladı. Yenilməz Azərbaycan əsgərləri misli görünməmiş igidlik göstərərək noyabrın 7-də şəhəri tam nəzarət altına aldılar. Şəhərdən geri çəkilən düşmən qüvvələri çox ağır itkilər verdi. Düşmənin şəhəri yenidən ələ keçirmək cəhdləri onun itkilərini daha da artırdı, bu vaxt artıq şəhərə Azərbaycan ordusunun əlavə qüvvələri yeridilmişdi və onlar düşmənin bir neçə əks-hücumunu dəf edərək Şuşada möhkəmləndilər.

Şuşanın azad edilməsi düşmənin digər hərbi birləşmələrinin və bölmələrinin mühasirəyə düşməsi riski yaratmışdı. Məhz öz ordusuun tamamilə darmadağın edilməsindən qaçmaq üçün Ermənistan rəhbərliyi Azərbaycanın şərtlərini qəbul etdi. Ermənistanda Şuşa döyüşlərində nə qədər itki verdiklərini hələ də açıqlamırlar. Lakin internetdə yayıla videokadrlara əsasən Şuşa döyüşlərində yüzlərlə düşmən əsgəri məhv edilib, onlarla döyüş texnikası sıradan çıxarılıb. Azərbaycan ordusu bu döyüşlərdə xeyli qənimət də götürüb.

Yerevanda haqlı idilər: Şuşa döyüşləri bütün Qarabağ müharibəsinin taleyini həll elədi. Peşəkar, ən yeni silahlarla silahlanmış Azərbaycan ordusu misli görünməmiş şücaət, qəhrəmanlıq göstərərək nəinki doğma torpaqlarını azad etdi, həm də erməni ordusunun məğlubedilməzliyi haqda mifi birdəfəlik darmadağın elədi.

Mənbə
virtualaz.org
Hamısını Göstər

Related Articles

Back to top button