Dünya yeni növ pandemiya və ya qorxulu dördüncü dalğa ilə üz-üzə – “Delta plus” çox öldürücüdür

Dünyanın 80-dən çox ölkəsində rast gəlinən “Hindistan ştammı” (Delta) artıq qonşu Gürcüstana da çatıb. Elə buna görə də, Azərbaycanda yeni ştammın yayılma təhlükəsi olduqca böyükdür və bu ciddi narahatlıq doğurur.

Professor Adil Qeybulla konkret.az-a açıqlamasında bildirib ki, koronavirus RNT daşıyıcı virus olduğu üçün çoxsaylı mutasiyalara malikdir və bu proses indi də davam edir: “Məsələn alfa ştammı (Britaniya ştammı), betta ştammı (Cənubi Afrika ştammı), qamma ştammı (Braziliya ştammı) və delta ştammı (Hindistan ştammı) kimi növlər var və yunan hərfləri ilə adlandırılıb. Delta ştammı artıq yazdan mövcud idi. Hal-hazırda isə yeni bir mutasiya, “delta plus” ştammı var ki, bu daha təhlükəlidir. Alimlər və tədqiqatçılar bunu yeni növ pandemiyanın və ya qorxulu bir dördüncü dalğanın başlanğıc kimi dəyərləndirirlər. Delta ştammın əsas özəlliyi ondan ibarətdir ki, səthdə olan s zülalda kifayət qədər dəyişikliklər baş verib. Bu da virusun çox asanlıqla hüceyrə daxilinə keçməsinə şərait yaradır. Vaksinlər və insanda xəstəlik zamanı yaranan immunitet, bu virusdan tam qorunmağa imkan vermir. Alimlər hesab edirlər ki, immuniteti olan şəxslərin virusu nisbətən yüngül keçirmək şansları var. Amma bu bizi rahat edə bilməz”.

BU YAYI VİRUSSUZ KEÇİRƏCƏYİK" – Professor Adil Qeybulla | AzPolitika —  onlayn siyasi-ictimai qəzet

Adil Qeybullanın sözlərinə görə, hər birimiz yeni surprizlərə hazır olmalıyıq: “Bu virus  geniş yayılsa, o zaman yeni qadağalara gətirib çıxara bilər. Mutasiya prosesi hal-hazırda davam edir. Cənubi Amerikada lambuda ştamm yayılıb. Doğrudur bu delta plus kimi çox yolxucu deyil. Amma “delta plus” ştammı çox yolxucudur və öldürücülük qabiliyyəti də güclüdür. Bu ştamm uşaqlarda da çox ciddi əlamətlər yaradır. Hesab edirəm ki, biz qapalı mühitdə karantin davranışlarını gözləməliyik. Pandemiyanın bitməsi haqda deyil, bundan xilas olmaq barədə düşünməliyik. Bu baxımdan karantin davranışları hər yerdə aktual olaraq qalır. Dünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyi haqda elan verməyənədək, karantin davranışlarını hər yerdə aktual saxlamaq lazımdır”.

Hamısını Göstər

Related Articles

Back to top button
Close