Dünyanın zəngin statuslu hüquqşünası,Qrotsi Hüqo

“Xarakter insan qabiliyyətinin ən böyük gücüdür”

Alman tarixçisi və filosofu

Kuno Fişer.

Qrotsi Hüqo 428 il əvvəl 10 aprel 1583-cü ildə  Hollandiyanın Delft şəhərində zadəgan ailəsində anadan olmuşdur. Hüqo Qrotsi beynəlxaq hüququn banisi, holland burjua inqilabının ideoloqu  və görkəmli hüquqşünas kimi xatırlanır.

(V əsrin birinci onilliyində yaşayan,latın yazıçısı, ensiklopediyaçısı və filosof  “Merkuri ilə filologiyanın nikahı” haqqında əsrin müəllifi)

Qrotsi hələ uşaq ikən fenomenal qabiliyyətə maliki olub.11 yaşında Avropada ən nüfuzlu universitet kimi tanınan Leyden universitetinə daxil olmuş, 5 ildən sonra elmi dərəcə alaraq vəkillik fəaliyyəti ilə məşğul olmağa başlamışdır.Lakin gənc hüquqşünasın maraqları təkcə hüquq sahələrini öyrənməklə məhdudlaşmırdı. O, hələ yeniyetmə ikən antik mütəffəkir və pedaqoq Martsian Kapellanın(v əsrdə yaşamış,hüquqşunas,latın yazıcısı və filosofu) «Satirikon»una özəl kommentariyası ilə yığılan kitabın müəllifi idi. 18 yaşında isə Holland dövllətinin rəsmi şəkildə tarixçisi (istorioqrafom)adını aldı.Gənc hüquqşünas Avropada dini mübahisələrlə bağlı islahatların aparılmasında da fəal iştirak etmiş,bir neçə mədhiyyəli traktatların müəllifi olsa da,hüquqşünaslığa daha çox bağlı olmuşdur.Avropada münaqişələrə gətirib çıxaracaq siyasi və diplomatik məsələlərin həllində, problemin aradan qaldırılması və dövlətlərarası mübahisələrin həlli üçün subyektiv mülahizələri maraq doğurmuş, bir təcrübəli və nəzəri cəhətdən hazırlıqlı hüquqşünas kimi zəngin təcrübəsindən istifadə edilmişdir.

Əsərlərində dünya təcrübəsində ilk dəfə olaraq beynəlxalq hüququn əsasını və prinsiplərini müəyyən edən akademik mülahizələri mübahisəsiz qəbul edilmişdir.

Həm hüquqi, həm də beynəlxalq mühitlə bağlı məsələlər üzrə iki əsərində «Hindistan əhalisi» (De İndis)və (Azad Dəniz) «Maze liberum»a öz variantlarını təklif etmiş, dəniz sərhədlərinin müəyyən edilməsi barəsində maraqlı təkliflər vermişdir. «Müharibə və sülh” hüququ haqqında əsəri də bu variantlarla zəngin olmuş, maraqla qarşılanmışdır.

Qrotsiyə traktatı yazmağa bir hadisə təsir etmişdir.Hollandiya hərbçiləri tərəfindən Portuqaliyanın «Santa-Karina» gəmisini zəbt etməsi əsərin ərsəyə gəlməsinə səbəb olmuşdur.Həmin gəmidə Çində istehsal olunan qeyri-adi farfor yükü aşkar olunmuşdu. Gəminin zəbt olunması beynəlxaq ixtilafa gətirib çıxaran həddə olub. Lakin dünya təcrübəsində dəniz ticari əlaqələrini tənzimləyən və iri dəniz müttəfiqləri arasında münasibətləri məcrasına yönəldən müvafiq qanunvericilik olmadığından,mövcud şəraitin və beynəlxalq gərginliyin lokallaşdırılması məqsədi ilə Holland dövləti Qrotsiyə rəsmi müraciət etmiş,şərhinə böyük ehtiyac duyulmuşdur.Mübahisənin həlli üçün Qrotsi Hüqo «Təbii hüquq nəzəriyyəsinə» istinad etməklə, «Azad dəniz haqqında»traktat ərsəyə gəlmişdir. Qrotsinin hüquqşünas mülahizələri nəticəsində su məkanı bütün beynəlxalq aləm üçün ümumi ərazi adlandırılmış, «Ümumi sitifadədə olmalıdır»,-fikri bir növ imperativləşdirilmişdir. Məsələyə  hüquqi cəhətdən hiyləgərcəsinə şərh–yanaşma ilə Hüqo əslində dənizin statusunu müəyyən etmiş, Holland dənizçilərinin qanunsuz hərəkətlərini pərdələməklə onlara haqq qazandırmışdı.Bu,beynəlxalq münasibətlərin araşdırılmasında ilk hüquqi və diplomaptik uğur idi.Fundamental fikirlərlə zəngin olan “Sülh və müharibə” haqqında əsərində beynəlxalq hüquqla bağlı mülahizələr əksini tapmışdır.

Qrotsi uzun illər İspaniya ilə müharibədə rupor roluna malik olsa da,ideyaların əsas nəbzini təbii hüquqdan, 16-cı əsrin katolik ispan mütəffəkirlərinin elmi əsərlərindən faydalanmışdır. Laikn,Hüqo bu nəzəriyyələri sintez edərək müasirləşdirə bilmişdi.Belə yanaşma «yeni – təbii hüquq» məktəbinin yaranması və inkişafında böyük rol oynamışdır.

İnsan şəxsiyyətinin ictimai həyatda üstünlüyünü, «qanunla» «hüquq» arasındakı fərqi də o,bəyan etmişdir.Qrotsiyə qədər bu fərqi görən olmamışdır.Məhz ondan sonra «hüquq anlayışı» altında istənilən qanunvericiliyin dayağı və əsası,insanın – fərdin anadangəlmə,doğumu ilə bir yaranan hüququ (hüquqları və azadlıqldarı) təşkil edir.

Qrotsi hesab edirdi ki, insan cəmiyyəti özünün idarəçilik formasını iradəsinə uyğun müəyyən etməsində tam hüquqludur,ali hakimiyyətin sərhəddini özü seçmək hüququna malikdir.Xalq idarəçiliyin istənilən növünü seçə bilər,hüquq qaydalırının qiymətləndirilməsi də,idarəçiliyin formasının üstünlüyü ilə deyil,insanların iradəsinin nəzəri ilə ölçülməlidir. Qrotsinin bu istiqamətdəki prinsipə xas təklifləri inqilabi  əhəmiyyət  daşıyırdı.

Qrotsi Niderland-İspaniya arasında gedən müharibənin bilavasitə iştirakçısı olduğuna görə,sülh və müharibəyə hüquqi nöqteyi-nəzərdən şərh verməyi də bacarmışdır.Müharibənin təbii hüquqa zidd olması fikrinin əleyhinə idi,səhv adlandırırdı.Heç şübhəsiz düşmənçilik-birinin digərinə acığı, qəzəb və nifrətidir.Amma «ədalətli müharibələr» də var.Ədalətli müharibələr ənənəvi olaraq Xaç yürüşləri “haqq uğrunda” adlanırdı. Hüquq uğrunda mübarizə bu sıradadır.

Özünü müdafiə etmək məqsədiilə suverenliyini qorumaq,vətəndaşların təhlükəsiz yaşamasının təmini ilə bağlı müharibələr ədalətli,işğalçılıq niyyəti ilə digər dövlətin suverenliyinə qarşı dövlətin hərəkəti ədalətsiz müharibədir.

Ərazi bütövlüyü uğrunda savaş ədalətlidir.Ərazi bütövlüyünün müdafiəsinin təmini, işğal olunmuş əraziləri azad etmək uğrunda döyüşlər ədalətli müharibə,passifizm təəssüratını reallaşdırır.Qarşı tərəf işğalçılıq siyasətindən əl çəkmədiyinə görə,ədalətsiz müharibələr dünya ictimaiyyətinin gözü qarşısında bu gün də davam edir. Sülhə gəlmir,beynəlxalq öhdəlikləri vicdansızcasına pozur.

Qrotsiyə görə,bütün müharibələr sülhün bağlanmasına, sülhə gəlməyə hesablanır və son nəticədə sülhlə tamamlanır.Hansı tərəfin nə qazanması isə az əhəmiyyət kəsb edir.Amma işğalçılıq siyasəti ilə heç bir dövlət barışmır. Qisas da qiyamətə qalmayacaq.Ərazi bütövlüyü bərpa olunmayana qədər sülh müvəqqətidir. Deməli,müharibə hələ bitməyib…

Qrotsiyə görə sülh müharibənin sonu deyil, məqsədidir.O, hər cür müharibəni rədd edir,Qrotsi passifizmin banisi,qərbin zəngin statusa malik adamı kimi , dünyanın hüquq və diplomatiya tarixində unudulmaz bir iz buraxıb.

Şef redaktordan.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button